"AZERÇAY" Qara Çay Kəklikotulu 100q

Chinar

"AZERÇAY" Qara Çay Kəklikotulu 100q

Write a review
Regular price €3,79
Unit price  per 
Vergi daxildir Shipping calculated at checkout.

Məhsul haqqında:

AZERÇAY kəklikotu ilə 100 qr “AZERÇAY Kəklikotulu” üçün təbiətin ən gözəl, ən faydalı bitkiləri olan çay və kəklikotunu dənə-dənə seçərək, bir yerə topladıq. Dağ yamaclarının bihuşedici ətrini “AZERÇAY Kəklikotulu” qutularında tapa bilərsiniz. Bu daddan doymaq çətindir!

Məhsulun tərkibi:

 Bu məhsul orta yarpaqlı, uzunsov burulmuş Orange Pekoe çayları ilə fusünkar təbiətin bizə bəxş etdiyi incə kəklikotu yarpaqlarının qarışığıdır. Dəmin rəngi açıq-parlaq qızılı-qırmızıdır. Ətrində və dadında kəklikotu zərifliyi var.

Dəmlənmə qaydası:

Çayın bütün ləzzətini hiss etmək üçün onun dəmlənmə qaydasına düzgün əməl etmək lazımdır. Xüsusilə də təzə və yüngül sudan istifadə etmək tələb olunur. Suyu qaynadarkən içindəki oksigen itməsin deyə 10 saniyədən çox qaynadılmamalıdır. Qaynamış suyu yenidən isidib istifadə etmək olmaz. Metal deyil, çini dəmlikdən istifadə etmək daha məsləhətdir. 2 çay qaşığı iriyarpaq quru çayın üzərinə 200 ml təzə qaynadılmış su əlavə edilir və dəmliyin qapağı örtülür. Çayın daha gözəl dəm alması üçün üzərini mütləq mətbəx dəsmalı ilə örtmək, 6-7 dəqiqə gözləmək lazımdır. Qutu açıldıqdan sonra ağzı hermetik bağlanan qabda quru və ətirsiz yerdə saxlanılmalıdır.