'"AZERÇAY" Qara Çay 250q

Chinar

'"AZERÇAY" Qara Çay 250q

Write a review
Regular price €6,19
Unit price  per 
Vergi daxildir Shipping calculated at checkout.

Məhsul haqqında:

“AZERÇAY Buket” çayı Sovet dövründə ittifaq respublikalarına və ittifaq sərhədlərindən kənara ixrac olunan “Azərbaycan Buketi” çayının layiqli davamçısıdır. Uzun illər süfrələrimizin bəzəyi olan bu doğma çay öz nəfis dadını, əvəzedilməz ləzzətini qoruyub-saxlayıb və nəsildən-nəslə keçərək, günümüzə kimi gəlib çıxıb. Bu çay bizi keçmişə aparır, duyğularımızı dilə gətirir, ruhi rahatlığa qovuşdurur.

Məhsulun tərkibi:

Bu məhsul iri yarpaqlı, uzunsov burulmuş Orange Pekoe (OPA) çaylarının qarışığıdır. O, xüsusi qaydada yetişdirilir. Uzunsov, əla burulmuş flyeş yaşıl çay yarpaqlarından emal olunur. Zərif damaqqamaşdırıcı dada malikdir, dəmlədikdə açıq-parlaq qızılı-qırmızı rəng alır.

Dəmlənmə qaydası:

Çayın bütün ləzzətini hiss etmək üçün onun dəmlənmə qaydasına düzgün əməl etmək lazımdır. Xüsusilə də təzə və yüngül sudan istifadə etmək tələb olunur. Suyu qaynadarkən içindəki oksigen itməsin deyə 10 saniyədən çox qaynadılmamalıdır. Qaynamış suyu yenidən isidib istifadə etmək olmaz. Metal deyil, çini dəmlikdən istifadə etmək daha məsləhətdir. 2 çay qaşığı iriyarpaq quru çayın üzərinə 200 ml təzə qaynadılmış su əlavə edilir və dəmliyin qapağı örtülür. Çayın daha gözəl dəm alması üçün üzərini mütləq mətbəx dəsmalı ilə örtmək, 7-8 dəqiqə gözləmək lazımdır. Qutu açıldıqdan sonra ağzı hermetik bağlanan qabda quru və ətirsiz yerdə saxlanılmalıdır.