ÇİNAR HAQQINDA


“Çinar” Yemək Platforması - Azərbaycan mətbəxinə, süfrə ən-ənələrinə və qonaqpərvərliyinə olan dərin məhəbbətdən yana doğdu. Biz hər dəfə Azərbaycana səfər edəndə bu ölkənin mədəniyyətinə bir daha yenidən vurulurduq. Geri qayıtdıqda isə..bir boşluq hiss olunurdu.

O möhtəşəm yeməklərin dadından tutmuş, ölkənin qonaqpərvərliyini, Xəzərin sahilində uzandıqca uzanan bulvar gəzintilərini, mehriban qonşularla hal-əhval tutmağın, hətta tanış taksi sürücüsü ilə salamlaşmağın əksikliyini çox hiss edirdik.

icheri sheher

Biz sizə Xəzərin dalğalarının çırpınışlarını , tut ağacının altında keçirdiyiniz isti yay gecələrini, şirin qonşu söhbətlərini qaytara bilmərik, amma; Azərbaycanın təkrar olunmaz təamlarını, unuda bilmədiyiniz o dadı gətirdik.

Məqsədimiz Avropanın ürəyində odlar yurdunun “dadı”nı sizə və Avropaya çatdırmaqdır. Odlar yurdumuzun gözəl ən-ənələrini, mədəniyyətimizi, ləziz təamlarını isə ilham verici bloglarımızda tapa bilərsiz! Unuda bilmədiyiniz, Çinar-da görmək istədiyiniz nostalji dad varsa, bizə bildirməyi unutmayın!